Zelenski Trampın komandası ilə danışıqlar HAQQINDA: “Tam razılıq yoxdur”backend

Zelenski Trampın komandası ilə danışıqlar HAQQINDA: “Tam razılıq yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Trampın komandası ilə danışıqlardan danışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Berlində jurnalistlərə açıqlamasında bildirib. Ukrayna prezidenti Berlində sülhün şərtlərindən bəhs edib.

Ukrayna prezidenti ABŞ prezidenti Donald Trampın komandası ilə aparılan danışıqların nəticələrini şərh edib.

O qeyd edib ki, müzakirələr məhsuldar keçsə də, bütün mübahisəli məqamlar üzrə hələlik razılıq əldə olunmayıb.

“Komandalarımız işləməyə davam edir. Detallar çoxdur, əsas odur ki, əldə olunacaq sülh ləyaqətli olsun. Müharibənin başa çatması üçün lazımi şəraitin yaradılması naminə görüşmək və işləmək lazımdır”, – dövlət başçısı vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az