Zelenski Umerov və Budanovu istefaya GÖNDƏRMƏYƏCƏKbackend

Zelenski Umerov və Budanovu istefaya GÖNDƏRMƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski müdafiə naziri Umerov və Baş Kəşfiyyat İdarəsinin rəisi Budanovu istefaya göndərməyi planlaşdırmayıb.

İnterpress.az xəbər verir ki bu barədə “RBC-Ukrayna” məlumat yayıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, o, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanovu və müdafiə naziri Rustem Umerovu vəzifəsindən azad etmək niyyətində olmayıb.

“Mən bunu etmək niyyətində deyiləm”, – o deyib.

Ukrayna liderinin sözlərinə görə, o, “Budanovu dəyişmək” niyyətində deyildi. Zelenski Umerovla bağlı bu məsələnin belə gündəmə gətirilmədiyini vurğulayıb.

Bundan əvvəl Ukrayna mediası mənbələrə istinadən yazıb ki, dövlət başçısı Ukrayna Baş Kəşfiyyat İdarəsinin və Müdafiə Nazirliyinin rəhbərini vəzifəsindən azad etmək niyyətindədir.

Oktyabrın 1-də məlum olub ki, Zelenski Budanovu gələcəkdə prezident seçkilərində potensial rəqib kimi gördüyü üçün istefaya göndərə bilər. Bunu politoloq Viktor Bobirenko deyib.

Xuraman Etibarlı

İnterpress.az