Gürcüstan prezidentinin sorğu-sualdan imtina etməsi onun yalan danışdığına sübut kimi qəbul ediləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Gürcüstan prezidentinin sorğu-sualdan imtina etməsi onun seçki saxtakarlığı ilə bağlı ittihamlarının yalan olduğuna sübut kimi qəbul ediləcək.
Gürcüstan prokurorluğu parlament seçkilərində mümkün saxtakarlıqlarla bağlı araşdırmalara başlayıb.
Prokurorluq həmçinin prezident Zurabişvilini mümkün saxtalaşdırma ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az