“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən”backend

“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni-bəstəkar Mustafa Ceceli Ermənistanın Azərbaycana qarşı son təxribatlarından danışıb.

İnterpress.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkədə paylaşımlar edən sənətçi bu mövzuda növbəti dəfə Türkiyə KİV-nə danışıb.

İfaçı ermənilərin mülki şəxsləri qətlə yetirməsini qınayıb: “Uşaqları öldürürsənsə, insan deyilsən. 10 aylıq bir uşağı öldürüb, sonra çıxıb “azadlıq” deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarımla davamlı olaraq əlaqə saxlayıram. Ürəyimiz onlarladır”.

İnterpress.az