Husilər Səudiyyə Ərəbistanının hava məkanını hərbi əməliyyat zonası ELAN ETDİbackend

Husilər Səudiyyə Ərəbistanının hava məkanını hərbi əməliyyat zonası ELAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilər Ər-Riyadda beynəlxalq hava limanına və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum etdiklərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ənsar Allah” hərəkatının nümayəndəsi bildirib ki, husilər Ər-Riyadda beynəlxalq hava limanına, Ciddədə “Aramco” obyektinə, həmçinin krallığın cənubundakı daha bir hava limanına hücum ediblər.

Hərəkatın nümayəndəsinin sözlərinə görə, Məkkə və Mədinə üzərindəki hava məkanı istisna olmaqla, Səudiyyə Ərəbistanının hava məkanı hərbi əməliyyat zonası elan edilib.

Xuraman Etibarlı

İnterpress.az