Suraxanı rayonu, Ramana qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən məişət tullantılarına yaxın ərazidə xidmət aparan polis əməkdaşları insan bədəninə məxsus qol aşkar ediblər.
İnterpress.az xəbər verir ki, ağ rəngli berezentə bükülmüş qolun üzərində tatu döyməsi də var. İlkin ehtimallara görə, kişi qolu cərrahiyə əməliyyatı zamanı amputasiya olunub və zibilliyə yaxın ərazyə atılıb.
Meyit Suraxanı Rayon Prokurorluğuna təhvil verilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
İnterpress.az