Con Makkeyn müalicəsini dayandırdı, ölümü seçdibackend

Con Makkeyn müalicəsini dayandırdı, ölümü seçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ildə həkimlərin beyin xərçəngi diaqnozu qoyduqları ABŞ-ın respublikaçı senatoru Con Makkeyn müalicəsini terminal mərhələdə dayandırmaq qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə avqustun 24-də 81 yaşlı siyasətçinin ailəsinin yaydığı bəyanatda qeyd olunur: \”Con həkimlərin ona verdiyi yaşamaq müddətindən də çox yaşayıb\”.

Ailəsi qeyd edir ki, Makkeynin şiddətlənən xəstəliyi və yaşlanması aqressiv xəstəliyə qarşı mübarizəni dayandırmaq qərarı qəbul etməsinə səbəb olub: \”O, öz istəyi ilə müalicəni dayandırmaq qərarına gəldi\”.

Qeyd edək ki, avqustun 29-da senatorun 82 yaşı tamam olacaq.

Con Makkeynin xərçəng xəstəliyinə yoluxması barədə rəsmi məlumat 2017-ci ildə yayılıb. Onun beyin xərçənginin aqressiv şəkli olan qlioblastomadan əziyyət çəkdiyi bildirilir.

Makkeyn may ayında bəyan edib ki, onun dəfn prosesində hazırkı prezident Donald Trampın deyil, vitse-prezident Maykl Pensin iştirak etməsini istəyir. (Sputnik Az)

İnterpress.az