Naxçıvan Muxtar Respublikasında yeni məscid və mədrəsə binası inşa olunur.
İnterpress.az-ın xəbərinə görə, Naxçıvan şəhərində artıq inşası yekunlaşmaq üzrə olan dini-ibadət ocaqlarının son tamamlanma işləri aparılır.
Belə ki, inşa edilməkdə olan məscidin binasının ibadət zalından, 40 metrlik iki minarədən ibarət olduğu deyilir. Eyni zamanda, məscidlə yanaşı kişilər və qadınlar üçün iki mədrəsədən və kitabxanadan ibarət yeni dini təhsil kopmleksi istifadəyə veriləcək.
Hazırda minarələrin və günbəzlərin tikintisi aparılır.
15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfərin ibadət edə biləcəyi bildirilir. Sözügedən ibadət ocaqlarının inşası “Gəmiqaya İnşaat” MMC-nin kollektivinə həvalə edilib.
Qeyd edək ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.
Səid Qərib
İnterpress.az