İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, açılış oyununda \”Qəbələ\” \”Sumqayıt\”ı qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə penaltidən Təmkin Xəlilzadə açıb. 76-cı dəqiqədə \”Sumqayıt\” daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.
Beləliklə, hər iki komanda xallarını 4-ə çatdırıb.
Bu gün saat 20:30-da \”Zirə\” – \”Sabah\” oyunu start götürəcək. Tura avqustun 26-da keçiriləcək \”Keşlə\” – \”Səbail\” və \”Qarabağ\” – \”Neftçi\” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, III tur
25 avqust
18:00. \”Qəbələ” – \”Sumqayıt” – 1:1
Qol: Təmkin Xəlilzadə, 42 (penalti ilə) – Yusif Nəbiyev, 90+2
Qırmızı vərəqə: Nicat Qurbanov, 76 (\”Sumqayıt\”)
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
İnterpress.az