İnterpress.az Kult.az-a istinadən xəbər verir ki, sənətçi gecə saat 02.00 radələrində idarə etdiyi avtomobillə dərəyə yuvarlanıb. Sənətçidən xəbər ala bilməyən yaxınları polisə müraicət edib. Hadisədən 14 saat sonra Əhməd Çakarın meyiti tapılıb.
Qeyd edək ki, Türkiyədə 2016-ci ildə keçirilən mükafatlandırma tədbirlərinin birində sənətçi Prezident Ərdoğana, Binəli Yıldırıma və Mədəniyyət Naziri Nəbi Avcıya qəfil söylədiyi türkü ilə tanınmışdı.
İnterpress.az