Polis keçmiş səfiri saxladı: Maşını içkili idarə edib – VİDEObackend

Polis keçmiş səfiri saxladı: Maşını içkili idarə edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın ABŞ-dakı keçmiş səfiri Aleksandr Motsik Kiyevdə Şevçenko meydanında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Eks-səfir əks-istiqamətdə hərəkət eydiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Polislər onun sükan arxasınaa içkili şəkildə əyləşdiyini bildirsələr də, Motsik bunu rədd edib. A. Motsikə hadisə yerində testdən keçmək və tibbi müayinəyə getmək təklif edilib, lakin eks-səfir bunu da qəbul etməyib. Ona taksi çağırılıb, avtomobili isə cərimə meydançasına göndərilib.

Qeyd edək ki, A. Motsik 2010-2015-ci illərdə Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. O, bu postda Türkiyə, Polşa və digər ölkələrdə işləyib. (Qafqazinfo)

İnterpress.azhttps://youtube.com/watch?v=0Du6UJvMzWs