Oğuzda yol qəzası — Xəsarət alanlar varbackend

Oğuzda yol qəzası — Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, Şamaxı rayon sakini 1980-ci il təvəllüdlü Ramil Şirvan oğlu İsmayıllı və onun sərnişini, 2002-ci il təvəllüdlü Elteran Elmar oğlu Zülfüqarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz rayonundan çağırılmış təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan R. İsmayıllının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az