İnterpress.az klubun saytına istinadla xəbər verir ki, oyuna gələcək azarkeşlər avqustun 30-da UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Moldovanın “Şerif” komandası ilə keçiriləcək qarşılaşma üçün biletlərini məhz “Azərsun Arena”da ala biləcəklər.
“Azərsun Arena”nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.
Qeyd edək ki, “Qarabağ”-“Şerif” komandalarının görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq
İnterpress.az