Videooyun faciəsi: uduzdu, 4 adamı öldürdü, 11 nəfəri yaraladı – VİDEObackend

Videooyun faciəsi: uduzdu, 4 adamı öldürdü, 11 nəfəri yaraladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatındakı Ceksonvil şəhərində yerləşən \”Jacksonville Landing\” ticarət-əyləncə kompleksinddə Devid Kats adlı şəxs uduzduğu üçün ətrafa atəş açıb, sonra intihar edib.

O, ABŞ-ın Milli Futbol Liqasının (NFL) videosimulyatoru olan \”Madden NFL\” oyununda məğlubiyyətini \”həzm\” edə bilməyib.

Gülləbaranda 4 nəfər həlak olub, 11 nəfər yaralanıb. İki nəfər bilavasitə kompüter oyunu keçirilən zalda həlak olub. Onlar Qərbi Virciniyadan olan 27 yaşlı Teylor Robertsone və Kaliforniyadan olan 22 yaşlı Eli Kleytondur.

Yerli polis şerifi Mayk Uilyamsın dediyinə görə, 24 yaşlı Devid Katsın Merilend ştatı, Baltimor şəhərindəki evində axtarış aparılır.

\”Hadisə yerində iki nəfər həlak olub, bir nəfər intihar edib, 9 nəfər zalı tərk edəndə yaralanıblar. Sonra daha iki yaralı olub\”, – şerif deyib.

Geymerlərin dediklərinə görə, Devid Kats çempionluğu əldən verdiyini anlayanda tapançasını çıxarıb və ətrafa atəş açmağa başlayıb.

Devid Katsın təkəbbürlü, aqressiv insan olduğu deyilir.

Şahidlərin dediklərinə görə, Kats revolverini çıxararaq oyundakı rəqiblərinə atəş açıb. (milli.az)

İnterpress.az