Türkiyə prezidentinin İrana səfər edəcəyi tarix məlum olub. İnterpress.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İrana səfər edəcək.
Ərdoğan Tehranda Rusiya, İran və Türkiyənin zirvə sammitinə qatılacaq. Sammitdə Suriya məsələsinin müzakirə ediləcəyi nəzərdə tutulub.
İnterpress.az