Ukraynadakı azərbaycanlılar Səbuhi Məmmədli ilə maraqlanırlar?backend

Ukraynadakı azərbaycanlılar Səbuhi Məmmədli ilə maraqlanırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, jurnalist BakuPost-a açıqlamasında bildirib ki, dünən axşam damarındakı tıxanmalar açılıb və stend qoyulub: \”Kəskin şəkər xəstəliyinin müalicəsi üçün Ukraynanın Mirqorod şəhərinə müalicəyə gəlmişdim. Lakin, burada \”surprizlə” qarşılaşdım. Qaraciyərimdə serroz olduğu müəyyən edildi. Bundan sonra daha böyük sarsıntı keçirdim, vəziyyətim kəskin pisləşdi və geniş infarkt keçirdim”.

Əməkdaşımız onunla kimlərin maraqlandığı haqqında soruşub. Jurnalist isə çox təəssüflə bildirib ki, nə Azərbaycanın Ukraynadakı səfirliyi nə də bu ölkədəki diaspor nümayəndələri onunla maraqlanmır və buna görə də o, həddindən artıq darıxır. S.Məmmədlinin sözlərinə görə, o, xəstəxanada tək-tənha və baxımsız haldadır: \”Belə bir həm fiziki, həm də psixoloji ağır durumda tək qalmaq çox çətindir. Bir adam yoxdur ki, heç olmasa içməyə su versin, söhbət eləsin”.

Jurnalist düşdüyü ağır vəziyyətdə ona heç olmasa mənəvi dəstək durmalarını istəyib.

İnterpress.az