Ukrayna parlamenti qadınların orduda xidmət keçməsi haqqında qanun layihəsini təsdiqləyib.
İnterpress.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ötən gün Ali Radanın təsdiq etdiyi qanuna əsasən bundan sonra Ukrayna ordusunda hərbi xidmət üçün keçmək üçün qadınlara icazə verilir.
Qanunda göstərilir ki, Ukrayna Silahllı Qüvvələrində kişilərin hüququ qadınlara da verilir.
Yalnız tabeliyində azyaşlı uşaqlar olan qadınlar bu qanunun tələblərinə riayət etməkdən azad olacaq.
İnterpress.az