İnterpress.az Diaspor.az-a istinadən xəbər verir ki, forum zamanı qalmaqallı anlar yaşanıb.
Forumda iştirak üçün dünyanın bir çox ölkələrindən diaspor gənclər də qatılıblar. Eləcə də, gənclər forumunda Rusiyadakı bəzi Azərbaycan diaspor nümayəndələri də iştirak edib. Belə ki, forumda iştirak edən ermənilər təxribata əl atıblar. Təxribatçı erməni gənclər qondarma Dağlıq Qarabağ bayrağını çiyinlərində dalğalandıraraq təxribat xarakterli davranışlar nümayiş etdiriblər.
Eyni zamanda, erməni lobbiçilər Azərbaycanın işğal altında olan əzəli torpaqlarının cinayətkar Ermənistana məxsus olduğunu ifadə edən şüarlar səsləndiriblər.
Təəssüflər olsun ki, erməni gənclərinin bu təxribatları forumda iştirak edən azərbaycanlı diaspor nümayəndələrinin və Azərbaycandan foruma qatılan gənclərin gözlərinin qarşısında baş verib. Amma diaspor fəallarımız erməni təxribatçılarını nəinki susdura bilməyib, eyni zamanda, heç onların təxribatlarının qarşısını almağa cəhd belə göstərməyiblər.
Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağ barədə şüarlar səsləndirən erməni təxribatçıların qondarma Dağlıq Qarabağın bayrağını dalğalandıran zaman Azərbaycanın diaspor fəalları və gənclər bu mənzərəyə sadəcə olaraq tamaşa ediblər.
Qeyd edək ki, bundan əvvəl də ermənilərin təxribatı mütəmadi olaraq həyata keçirilsə də, müxtəlif vaxtlarda onların təxribatının qarşısı Azərbaycanın həqiqi, vətəninə bağlı, ölkəsini, dövlətini və millətini sevən diaspor liderləri tərəfindən alınıb.
İnterpress.az