İnterpress.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Kənd sakini, 1960-cı il təvəllüdlü Rəhimova Sücayət Əli qızı həyətlərində olarkən camışın hücumuna məruz qalıb.
Nəticədə qadın müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.
İnterpress.az