“Bazarstore” mağazalar şəbəkəsi spirtli içkilərin uşaqlara satışını təbliğ edir.
İnterpress.az-ın əldə etdiyi xəbərə görə, “Bazarstore” mağazalar şəbəkəsində uşaqlar üçün nəzərdə tutulmuş vitrində spirtli içkilərin satışı həyata keçirilir.
Belə ki, mağazalar şəbəkəsində \”Uşaq yeməkləri\” vitrini adından da göründüyü kimi uşaqlar üçün yeməklərin satışı nəzərdə tutulsa da, əslində o vitrində uşaqları yeməkləri satılmır.
Sözügedən vitrində isə spirtli və alkoqollu içkilərin satışı həyata keçirilir. Həmin vitrin isə spirtli içki məhsulları ilə elə bəzədilib ki, uşağı üçün vitrinə yaxınlaşan müştəri satılan məhsulları gördükdə təəccüblə qarşılaşır.
Sözügedən vitrininin görüntüsünün “Bazarstore” mağazalar şəbəkəsinin hansı filialında çəkildiyi barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır və buna görə İnzibati Xətalar Məcəlləsində 100 manata qədər cərimə nəzərdə tutulur.
İnterpress.az
Səid Qərib