Qazaxda uzunqulaqla gedən yaşlı kişini maşın vurub – FOTObackend

Qazaxda uzunqulaqla gedən yaşlı kişini maşın vurub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, rayonun Çaylı kəndi ərazisində yol kənarı ilə uzunqulağa qoşulmuş arabada hərəkətdə olan 1955-ci il təvəllüdlü Şakir Binnətov \”Qazel\” markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Uzunqulaq isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az