Ukrayna Polisi: Azərbaycanlı olmağımla fəxr edirəmbackend

Ukrayna Polisi: Azərbaycanlı olmağımla fəxr edirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onunla ilk tanışlığımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Ukraynada keçirilən tədbirdə oldu. Sakit görünüşlü soydaşımızla ilk dialoqumuz da buradan başladı. Lakin işimizin çoxluğu ilə əlaqədar reportajım düz 3 aydan sonra baş tutdu.

İsmayıl Məmmədov 1990-cı il avqustun 24-də Azərbaycanın Masallı rayonunun Hacıtəpə kəndində anadan olub. Valideynləri SSRİ dövründə Ukraynada yaşasa da, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycana qayıdıblar. On ildən sonra, İsmayılın 6 yaşı olanda yenidən Ukraynaya köçüblər. İsmayılın Ukrayna həyatı elə bu vaxtdan başlayıb. 1997-ci ildə Luqansk vilayətinin Severodonetsk şəhərində 14 saylı məktəbin birinci sinfinə gedən həmyerlimizin uşaqlıq arzusu polis olmaq olub. 2007-ci ildə orta məktəbi bitirəndən sonra elə həmin il Luqansk Dövlət Daxili İşlər Universitetinə daxil olub. Hüquq-mühafizə fəaliyyəti ixtisasına sahib olan İ.Məmmədov Kiyevdə Milli Daxili İşlər Akademiyasında magistr pilləsi üzrə hüquqşünas ixtisasına yiyələnir.

Valideynlərinin etirazına baxmayaraq polis olan həmyerlimiz

Valideynləri onun polis olmasını istəməyiblər. Onlar İsmayılı stomatoloq kimi görmək arzusunda olublar. Lakin həmyerlimizin uşaqlıq arzusu onu bu yoldan çəkindirməyib. Baxmayaraq böyük qardaşı həkim peşəsini seçib, lakin İsmayıl digər çətin və şərəfli peşəyə sahib olub və onun polis olmaq arzusu gerçəkləşib. 2011-ci ildə Luqansk vilayətinin Severodonetsk şəhərində polis idarəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləməyə başlayıb. İşindəki uğurlarına görə 2013-cü ildən baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. 2017-ci ildə Kiyev Polis Patrul Departamentində inspektor vəzifəsində işləyib. Bu il aprelin 16-dan isə Narkotik Vasitələrin Qaçaqmalçılığı ilə Mübarizə İdarəsinin xüsusi işlər üzrə departamentində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Baş leytenant rütbəli həmyerlimiz peşəsi haqqında bunları söyləyir: “İşimin ən sevdiyim tərəfi insanlara kömək edəndə onların təşəkkürünü, sevgisini görməkdir. Bu, mənim üçün qiymətsiz bir şeydir”.

Azərbaycanlı olmağımla həmişə fəxr edirəm

İ.Məmmədov Azərbaycanla fəxr etdiyini bildirir: “Azərbaycan mənim tarixi Vətənimdir. Azərbaycan böyük tarixi olan zəngin və gözəl ölkədir. Vətən və millət sevgisi xüsusilə xarici dövlətlərdə yaşayan hər bir azərbaycanlının qanına hopmalıdır. Bu sevgi hər bir soydaşımızın zənginliyidir. Tarixboyu sayca daha çox olan millətlər var ki, dövlətlərini qura bilməyiblər. Azərbaycanı qorumaq, inkişaf etdirmək hər bir azərbaycanlının vəzifəsidir”. (AZƏRTAC)

Ukrayna Polisi: Azərbaycanlı olmağımla fəxr edirəm

Ukrayna Polisi: Azərbaycanlı olmağımla fəxr edirəm

İnterpress.az