Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə yataqxananın birinci mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və tüstüdən zəhərlənən 4 sakinə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az