İnterpress.az Publika.az-a istinadən xəbər verir ki, o, bu sözləri Qlobal İqlim Hərəkatının zirvə toplantısında çıxışı zamanı deyib. C.Kerri bildirib ki, prezident Donald Tramp amerikalılara pafoslu yalanlar danışır:
\”Qlobal iqlim problemlərinin həlli istiqamətində işlər görülür. Lakin Tramp hamınıza yalan danışır. 2015-ci ildə əldə edilən Paris razılaşmasına əsasən, ABŞ iqlim problemlərində xüsusi rolu olan Çini danışıqlara sövq etmək üçün önəmli addımlar atıb. Bu gün ABŞ-ın sözügedən anlaşmadan kənara çəkilmək cəhdi olduqca səhv addımdır. Başqa bir tərəfdən dövlət büdcəsinin bu qədər azaldılması da, özü ilə yanaşı risk faktorlarını artırır\”.
İnterpress.az