Türkiyədə Anex Tourism Group-un sahibi SAXLANILDIbackend

Türkiyədə Anex Tourism Group-un sahibi SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anex Tour şirkətinin sahibi Neşet Koçkar Türkiyədə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Anex Tourism Group-un sahibi Neşet Koçkar Türkiyənin Antalya şəhərində narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində saxlanılıb.

Əməliyyat zamanı ümumilikdə 18 nəfərin saxlanıldığı, daha 2 şübhəlinin isə axtarışda olduğu bildirilir.

Saxlanılanlar arasında Anex Tourism Group-un sahibi Neşet Koçkar da var.

Koçkarın Anex Tourism Group-dan əlavə Selectum otellər şəbəkəsinə və Antalyada yerləşən Mavi Gök Airlines aviaşirkətinə sahib olduğu qeyd edilir.

Anex Tour 1996-cı ildən fəaliyyət göstərir və Rusiya, Belarus, Qazaxıstan və Almaniyada təmsil olunur.

Şirkət 50-dən çox ölkəyə tur paketləri təşkil etməklə yanaşı, hotel və aviasiya sahələrində də fəaliyyət göstərir.

Xuraman Etibarlı

İnterpress.az