Təcili eniş etdikdən sonra Flydubai təyyarəsindən çəkilmiş İLK GÖRÜNTÜLƏR – FOTO/VİDEObackend

Təcili eniş etdikdən sonra Flydubai təyyarəsindən çəkilmiş İLK GÖRÜNTÜLƏR – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail KİV-ləri Səudiyyə Ərəbistanında təcili eniş etdikdən sonra Flydubai təyyarəsinin içərisindən çəkilmiş ilk görüntüləri yayımlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insidentlə bağlı araşdırmaya Mossad və ŞABAK-ın cəlb edildiyi bildirilir.

İsrail rəsmiləri sərnişinlərin ölkəyə çatdıqdan sonra dindiriləcəyini açıqlayıb.

Təyyarə fövqəladə siqnal verdikdən sonra Səudiyyə Ərəbistanının Tabuk şəhərinə enib. Flydubai bütün sərnişinlərin təhlükəsiz olduğunu və hadisə ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq etdiyini bildirib.

Məlumata görə, sərnişinlərdən biri pilotla mübarizə aparıb, pilot isə digərinə hücum edib. Flydubai reysinin hər iki pilotu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İsrail də terror hücumu ehtimalını istisna etmir. Pilotlardan birinin təyyarəni qəsdən yerə salmağa cəhd etdiyindən şübhələnir.

İsrail mənbələri ilkin olaraq insidentin pilotlar arasında fiziki qarşıdurma ilə əlaqəli olduğunu açıqlayıb.

İsrail hakimiyyətinin sərnişinləri ölkəyə gətirmək üçün Səudiyyə Ərəbistanına Hərbi Hava Qüvvələrinə məxsus təyyarə göndərilməsi ilə bağlı lazımi icazələri almağa çalışdığı bildirilir.

İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər olmadığı üçün bunun üçün ayrıca razılaşdırma tələb olunur.

İsrail təhlükəsizlik strukturları hadisədə İranın mümkün rolunu da araşdırır. Bu versiyanın araşdırıldığı, lakin hələlik təsdiqlənmədiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az