“Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Report”a mərhumun yaxınları məlumat verib.
Xatırladaq ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından \”Azərenerji\”də 2-ci şəxs idi.
Son vaxtlar M.Ələsgərovun səhhətində ciddi problemlə var idi. Onun ayaqları tutulmuşdu, yerimə qabiliyyətini itirmişdi və ev şəraitində müalicə alırdı.
İnterpress.az