Nazir fəxri ad alanlara medallarını təqdim etdibackend

Nazir fəxri ad alanlara medallarını təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsusilə əlamətdardır: “Azərbaycan xalqı çox istedadlı xalqdır. Xalqımız mədəniyyətimizin müxtəlif sahələrində böyük sənətkarlar, dahilər yetişdirib. Bu istedadlı insanlar bu gün də yetişir. Onlar bizim mədəniyyətimizi, musiqimizi yaşadır, təbliğ edir, tanıdırlar. Dövlətimiz də onların əməyini həmişə yüksək qiymətləndirir, onları dəyərləndirir”.

Sonra Xalq artisti və Əməkdar artist adına layiq görülmüş musiqiçilərə fəxri adların vəsiqələri və nişanları təqdim edilib.

Mərasimdə çıxış edən “Şöhrət” ordenli Xalq artisti Teymur Göyçayev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıbar.

İnterpress.az