İnterpress.az xəbər verir ki, hadisə Yasamal rayonu, Müşfiq küçəsində, 20 saylı məktəbin yaxınlığında baş verib.
Hadisə zamanı dörd avtomobil toqquşub: “Mercedes”, “BMW”, “Nissan” və “Toyota”. Qəza zamanı “Nissan” avtomobili aşıb.
Hadisə yerinə yol polisinin və təcili yardım briqadasının əməkdaşları cəlb edilib.
Şahidlərin sözlərinə görə, avtomobillərdə uşaqlar olub. Yaralılar var. (oxu.az)
İnterpress.az