İnterpress.az xəbər verir ki, Rəsmi Qəzetin bugünkü sayında dərc olunan 106 saylı qərara əsasən, əcnəbilərə Türkiyə vətəndaşlığının verilməsi ilə bağlı nəzərdə tutulan rüsum 2 milyon dollarından 500 min dollara endirilib. Türkiyədə daşınmaz əmlak sahibi olan əcnəbilərin vətəndaşlığa qəbulu üçün lazım olan minimum məbləğ isə 1 milyon dollardan 250 min dollara qədər azaldılıb.
Söhbət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc olunan 2010-ci ildə qüvvəyə minən \”Türkiyə Vətəndaşlığı haqqında\”Qanununun əcnəbilərin müstəsna olaraq Türk vətəndaşlığını əldə etmələrini tənzimləyən 20-ci maddəsindən gedir.
Xatırladaq ki, bu qanun Türkiyədə yaşamaq hüququ almaq istəyənlərə şamil edilmir. 2015-ci ildən 2018-ci il avqustun 9-dək Türkiyədə 721.735 xarici vətəndaş yaşamaq hüququ alıb. (publika.az)
İnterpress.az