İnterpress.az xəbər verir ki, ilk iki görüş B qrupuna təsadüf edib.
İspaniya \”Barselona\”sı \”Kamp Nou\”da Hollandiya PSV-sini qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Qollardan 3-nü 32, 77 və 87-ci dəqiqələrdə Lionel Messi, digərini 75-ci dəqiqədə Usman Dembele vurub. Kataloniya komandası 79-cu dəqiqədə Samüel Yumtitinin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.
Qrupun digər oyununda \”İnter\” İtaliyada İngiltərə \”Tottenhem\”i üzərində əzmkar qələbə qazanıb. Hesabı 53-cü dəqiqədə qonaq komandadan Kristian Eriksen açsa da, 86-cı dəqiqədə Mauro İkardi, 90+2-ci dəqiqədə isə Matias Vesino fərqlənib.
Bu nəticələrdən sonra \”Barselona\” və \”İnter\” hərəyə 3 xalla qrupda ilk 2 yeri bölüşür. Sonrakı yerlərdə olan \”Tottenhem\” və PSV isə xalsızdır.
İnterpress.az