14 il evli olan bu ailənin indiyədək dörd qız və beş oğlan övladı olub.
Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər.
Uşaqların sayının 10-a çatdırılması isə doğma vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.
Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.
Ailədəki ən böyük uşağın 13 yaşı var. (xəzər.tv)
İnterpress.az