İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov xronologiyanın radiolokasiya qurğularından əldə olunan məlumatlar əsasında tərtib edildiyini bildirib.
O qeyd edib ki, sentyabrın 17-də Rusiyanın İl-20 təyyarəsi İdlib bölgəsindəki vəziyyətə nəzarəti həyata keçirib. Eyni zamanda dörd F-16 qırıcısından ibarət qrup Suriyaya zərbə endirmək üçün İsraildən havaya qalxıb.
İsrail qırıcıları Suriyanın sənaye obyektlərinə zərbə endirdikdən sonra Rusiya təyyarəsi bazaya dönmək əmrini alıb. Lakin raketlə vurularaq dənizə düşüb.
İnterpress.az