İsmayıllı rayonu Talıstan kəndində intihara cəhd hadisəsi barədə yayılan məlumatların təfərrüatı məlum olub.
Taılstan kənd icra nümayəndəsi Sihət Şirəliyevin İnterpress.az-a verdiyi məlumata görə, baş vermiş hadisənin intihara cəhd kimi tirajlanması həqiqəti əks etdirmir:
\”Mətbuatda bu barədə yazılan məlumatlar həqiqəti əks etdirmir. 1988-ci il təvəllüdlü Bayramova Günel Mirağa qızı həyətlərində müxtəlif tərəvəzlərdən turşu hazırlayarkən stəkana süzülmüş sirkə turşusunu (uksus) adi bulaq suyu zənn edərək içib. Çox az miqdarda içib. Mən özüm də hadisənin şahidi olmuşam. Burda intihara cəhd hadisəsindən söhbətə gedə bilməz. O, Şamaxıdan bizim kəndə gəlin köçüb. Bir neçə övladı da var. Hadisə baş verən kimi də onu götürüb İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda evdədir. Hər şey də qaydasındadır. Sağlamlığına da heç bir ciddi zərər dəyməyib. Hadisə ilə bağlı heç polisin də məlumatı yoxdur\”.
Qeyd edək ki, ötən gün G.Bayramovanın intihara cəhd etdiyi barədə məlumatlar yayılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən G.Abdullayevanın vəziyyəti ağır olduğu deyilirdi.
Səid Qərib
İnterpress.az