Rusiyanın Sankt-Peterburq şəhərinin Admiralteysk rayonunun 2-ci polis bölməsinə bu il avqustun 28-də “Zolotoy” zərgərlik mağazasını qarət edən, Primorsk qəsəbəsində qeydiyyatda olan 30 yaşlı azərbaycanlı gəlib.
İnterpress.az xəbər verir ki, Asiya görünüşlü saqqallı kişi mağazaya daxil olub və buradan zinət əşyaları oğurlayıb.
Oğurlanan malların ümumi dəyəri 110 min rubl (1660 – red.) təşkil edib.
Keçən qısa müddət ərzində azərbaycanlı oğurladığı malları satıb, əldə olunan pulları isə xərcləyib və hadisədən bir ay sonra polis bölməsinə gəlib.
Qeyd edilib ki, kişi əvvəllər məhkum edilməyib. (oxu.az)
İnterpress.az