Məsələ ilə bağlı Norveçin Moskvadakı səfiri Rune Resaland XİN-ə çağırılaraq hesabat tələb olunub.
Rusiya XİN-dən bildirilib ki, Boçkarev Rusiya Federasiyası Aparatının əməkdaşıdır və beynəlxalq seminarda iştirak etmək üçün Avropa Parlament Tədqiqatları və Sənədlər Mərkəzinin dəvəti ilə Norveçə səfər edib.
Səfirdən Boçkarevin dərhal sərbəst buraxılması tələb edilib. Əks halda bu addımın cavabsız qalmayacağı vurğulanıb.
Qeyd edək ki, Boçkarev kəşfiyyat və casusluqda ittiham edilərək saxlanılıb.
İnterpress.az