Bakıda dəmir yolu stansiyasında DƏHŞƏT: Sürücü yükün altında can verdibackend

Bakıda dəmir yolu stansiyasında DƏHŞƏT: Sürücü yükün altında can verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nərimanov rayonu ərazisində – Keşlə dəmir yolu yük stansiyasında anbardan “Qazel” markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb.

Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (publika.az)

İnterpress.az