Bu gecə dolların bahalaşmasına qərar verilə bilərbackend

Bu gecə dolların bahalaşmasına qərar verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iclası başa çatır. İnterpress.az Sputnik Azərbaycan istinadla xəbər verir ki, FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.

FED-in uçot dərəcəsini 25 faiz artıraraq 2% — 2,25% aralığına qaldıracağı gözlənilir. Hazırda uçot dərəcəsi 1.75% — 2% aralığındadır. Qlobal bazarda FED-in uçot dərəcəsini qaldırmasına əminlik var.

Saat 22:30-da baş tutacaq mətbuat konfransında FED-in rəhbəri Jerom Povelin gələcək gözləntiləri formalaşdıracaq açıqlamaları investorları daha çox maraqlandırır. FED-in son gözləntilərinə görə, 2018-ci ildə daha 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə faiz artımı nəzərdə tutulur.

Qeyd edək ki, faiz artımı baş verərsə, ABŞ dollarının dünya üzrə bahalaşacağı qaçılmaz olacaq.

İnterpess.az