İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, Bolton rəsmi Tehranın ABŞ, onun vətəndaşları və ya müttəfiqlərinə zərər verəcəyi halda, həqiqətən, qiyamətin qopacağını deyib.
O, “Bu gün açıq şəkildə bildirirəm ki, sizi izləyirik”, – deyib.
Qeyd edək ki, BMT Baş Assambleyasının dünən keçirilən 73-cü sessiya iclası zamanı ABŞ prezidenti Donald Tramp da İranı terrorun ən qabaqcıl sponsoru olaraq təsvir etmişdi.
İnterpress.az