İnterpress.az xəbər verir ki, Gəncə şəhəri Dədə Qorqud küçəsində yaşayan 20 yaşlı Aytac Ələsgərova 4 aylıq oğlu Zaurla birgə sentyabrın 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı A.Ələsgərovanın atası hüquq-mühafizə orqanlarına məlumat verib. O bildirib ki, Ucar rayonunda yaşayır və qızı bir müddət əvvəl Gəncəyə gəlin köçüb. Bu günlərdə isə ona qızının körpəsi ilə birgə itkin düşməsi barədə məlumat verilib.
Müraciət əsasında araşdırmalar aparılır. (publika.az)
İnterpress.az