İnterpress.az Oxu.Az-a istinadla xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib, iqtisadi əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib.
Paşinyanın sözlərinə görə, İran-Ermənistan münasibətləri sıx dostluq əlaqələri ilə inkişaf etməlidir. Həsən Ruhani də iki ölkə arasında etimad səviyyəsini yüksək qiymətləndirib.
Ruhani Paşinyanı İrana dəvət edib və ümid etdiyini bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan olacaq.
İnterpress.az