DokuBaku-nun proqramı açıqlandıbackend

DokuBaku-nun proqramı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, festival ərzində 33 ölkədə istehsal olunmuş 38 qısa və uzunmetrajlı filmlər nümayiş etdiriləcək.

Festivala bu il 150 film göndərilmiş, onların arasından nümayiş və müsabiqə üçün 15 qısa və 3 uzunmetrajlı film seçilib.

Festivalın proqramına daxil olan qısa filmlər əhatə etdiyi mövzulara əsasən üç bölməyə ayrılır:

Məkanlar – yaşadığımız şəhərlər, onların bizim üzərimizdəki təsiri və onlarla bağlı xatirələrdən bəhs edən hekayələr.

Qadınlar – müxtəlif ölkələrdə yaşayan qadınların keçdikləri həyat yolu, mübarizəsi, cəsarəti və bəzən vəziyyətlə barışmaları ilə bağlı hekayələr.

Ortaya çıxma – olduqları məkanı və başqalarını dəyişdirən insanlar və əşyalar haqqında hekayələr.

Festivalın açılışı oktyabrın 4-ü Azərbaycan Dövlət Kukla Teatrında baş tutacaq. Açılışda İsveçin Azərbaycandakı Səfirliyinin əməkdaşlığı ilə təqdim olunan ”Uaqa Qızları” adlı film nümayiş olunacaq.

Film Burkina-Fasonun paytaxtı Uaqaduquda çilingər olmaq üçün qız məktəbində təhsil alan bir qrup gənc qızın hekayəsini danışır. Filmin rejissoru Tereza Traori Dalberqdir. (AzNews.az)

İnterpress.az