İnterpress.az xəbər verir ki, Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Tegel Hava Limanında Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın, xanımı Berna Aydın, ədliyyə naziri Əbdülhəmid Gül və xanımı İlknur Gül, AK Parti Baş katibinin müavini Lütfi Əlvan və digərləri qarşılayıblar.
Türkiyə prezidenti üçün Almaniyada “21 top atışı” gerçəkləşdirilib.
Almaniya səfərində Ərdoğanı bir sıra nazirlər, dövlət rəsmiləri müşayiət edirlər.
Qeyd edək ki, Türkiyə dövlət başçısının Berlin səfəri 27-29 sentyabr tarixlərini əhatə edir.
İnterpress.az