Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb.
Əvvəlcədən bildirildiyi kimi, yanvarın 7-də günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarında şiddətlənib, hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, səhər saatlarında intensivləşib, dağlıq və dağətəyi rayonlarda güclənib.
Səhər saatlarına olan məlumata görə, düşən yağıntının miqdarı 2.5 mm, qar örtüyünün hündürlüyü dağlıq və dağətəyi rayonlarda 15 sm-dək olub. Gün ərzində yağıntılar davam edəcək.
İnterpress.az