UEFA Ermənistan millisinin oyunçusu barədə qərarını DƏYİŞDİ – VİDEObackend

UEFA Ermənistan millisinin oyunçusu barədə qərarını DƏYİŞDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanı təhqir etməkdə suçlanan erməni futbolçu cəzadan yayınıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Futzal üzrə Ermənistan milli komandasının oyunçusu Denis Nevedrov Ukrayna yığması üzərindəki qələbədən sonra işlətdiyi ifadələrə görə qalmaqala səbəb olub.

Yanvarın 22-də Avro-2026-nın qrup mərhələsi çərçivəsində Ermənistan və Ukrayna milliləri qarşılaşıb və oyun ermənilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra əslən Rusiyadan olan və Rusiya klubunda çıxış edən, lakin 2021-ci ildən Ermənistan millisində oynayan Nevedrov kameraya qarşı emosional ifadələr səsləndirib.

Ukrayna tərəfi futbolçunun “Loxi, Ukraina” (Axmaqlar/Uduzanlar, Ukrayna) qışqırdığını iddia edərək UEFA-ya şikayət edib və onu qeyri-idman hərəkətində ittiham edib. UEFA ilkin olaraq Nevedrovu bir oyunluq diskvalifikasiya edib.

Lakin Ermənistan Futbol Federasiyası ittihamları “əsassız” adlandıraraq apelyasiya şikayəti verib.

Onlar qeyd ediblər ki, Nevedrov rəqibi təhqir etməyib, onun sözləri səhv başa düşülüb. İddiaya görə, oyunçu əslində “Vozi Ukrainu” (Ukraynanı üstələ/dolay) deyib.

Yekunda UEFA qərarına yenidən baxaraq Nevedrovun cəzasını ləğv edib.

Buna baxmayaraq, oyunçuya 1 illik şərti diskvalifikasiya verilib: əgər futbolçu qaydaları pozarsa, iki oyunluq cəzalandırılacaq.

Xuraman Etibarlı

İnterpress.az