Bakıda ürək transplantasiyası ilə bağlı dəyirmi masa keçirilirbackend

Bakıda ürək transplantasiyası ilə bağlı dəyirmi masa keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda dəyirmi masa keçirilir.

İnterpress.az xəbər verir ki, dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin iştirakı ilə transplantasiya əməliyyatlarının elmi-praktiki əhəmiyyəti və gələcək perspektivləri müzakirə ediləcək.

Xatırladaq ki, ötən il Qafqazda və Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib.