Epşteyn sənədlərində ŞOK İDDİALAR: Tramp və Bill Qeyts ağır ittihamlarla ÜZ-ÜZƏ – FOTObackend

Epşteyn sənədlərində ŞOK İDDİALAR: Tramp və Bill Qeyts ağır ittihamlarla ÜZ-ÜZƏ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Epşteyn sənədlərində Tramp və Bill Qeytslə bağlı ağır iddialar üzə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin (Minyust) dərc etdiyi və təxminən saat yarım sonra bir hissəsini sildiyi Ceffri Epşteynin işi üzrə yeni sənədlər toplusunda məlumat yer alıb.

Açıqlanan sənədlərdə ABŞ Prezidenti Donald Trampın 13 yaşlı qızın zorlanması hadisəsi ilə əlaqəli olduğu, milyarder Bill Qeytsin isə zöhrəvi xəstəliyini gizlətmək üçün Epşteyndən kömək istədiyi iddia edilir.

Məlumata görə, sözügedən fayllarda Donald Trampın adı 3 mindən çox yerdə hallanır. Şahid ifadələrində onun “Mar-a-Laqo”da təşkil edilən seksual xarakterli məclislərdə iştirakı və azyaşlıya qarşı zorakılıq epizodu qeyd olunub.

Bu məlumatların yer aldığı sənədlərdən biri nazirliyin rəsmi saytında paylaşıldıqdan qısa müddət sonra silinib.

Eyni materiallarda Bill Qeytsin də adı qalmaqallı məsələlərdə çəkilir. Epşteynin 2013-cü ilə aid qeydlərində iddia olunur ki, “Microsoft”un təsisçisi “rus qızlarından” yoluxduğu zöhrəvi xəstəliklər barədə yazışmaların silinməsini xahiş edib.

Həmçinin, Qeytsin xəstəliyi gizlicə həyat yoldaşı Melindaya keçirməmək və ya onu müalicə etmək üçün Epşteyndən antibiotiklər tədarük etməsini istədiyi bildirilir.

Bundan əlavə, yazışmalarda Epşteynin Bill Qeyts üçün narkotik vasitələr tapmaq və onun evli qadınlarla “qeyri-qanuni əlaqələrini” təşkil etmək məsələlərində vasitəçilik etdiyi iddia olunur.

Bütün bu ağır ittihamlar Epşteyn işi üzrə materialların yeni hissəsinin açıqlanması çərçivəsində üzə çıxıb.

Xuraman Etibarlı

İnterpress.az