ABŞ erməniləri kütləvi şəkildə DEPORTASİYA ETDİ – İrəvana XÜSUSİ REYSbackend

ABŞ erməniləri kütləvi şəkildə DEPORTASİYA ETDİ – İrəvana XÜSUSİ REYS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bir qrup Ermənistan vətəndaşını deportasiya edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Amerika Birləşmiş Ştatları bir qrup Ermənistan vətəndaşını ölkədən deportasiya edib.

Məlumata görə, bu günlərdə İrəvana ABŞ-dən gələn “Boeing 767-300” tipli təyyarə eniş edib. Məhz bu hava gəmisi ilə deportasiya olunan şəxslər ölkəyə gətirilib.

Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşların gəlişini təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.

Qurumdan bildirilib ki, hazırda həmin şəxslərin hüquqi statusu müəyyənləşdirilir.

İlkin məlumatlara əsasən, təyyarə ABŞ-dən havaya qalxıb, Buxarestdə aralıq eniş edib, daha sonra İrəvana gəlib.

Bundan sonra həmin təyyarə 40-dan çox deportasiya olunmuş şəxsi Özbəkistana çatdırıb.

Xuraman Etibarlı

İnterpress.az