Hadisə ötən gecə Ələt-Astara magistralının Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayon sakini, 51 yaşlı Əhmanəli Nəhmət oğlu Mirzəyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Güclü zərbədən avtomobilin sürücüsü ilə yanaşı onun sərnişinləri, Astara rayon sakinləri – 40 yaşlı Yaqub Şahverdi oğlu Baxşıyev, 57 yaşlı Həsənağa Boylu oğlu Həsənov və Masallı rayon sakini, 57 yaşlı Sübhan Ağagül oğlu Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Burada xəstələrə müvafiq ilkin tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Digər iki nəfər isə ambulator müalicəyə buraxılıb.
İlkin versiya kimi qəzanın yolun buz bağlaması səbəbindən baş verdiyi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az