Moskvanın cənubunda 3 nəfər qətlə yetirildibackend

Moskvanın cənubunda 3 nəfər qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətl hadisəsi ötən gecə paytaxtın cənubunda baş verib.

Kaşir şosesi, 54 ünvanında yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan 3 meyit aşkar edilib.

Qətlə yetirilənlərdən ikisi kişi, biri qadındır. Onların bıçaqlanaraq öldürüldüyü bildirilir.

Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslərdən birinin qadın və kişini qısqanclıq zəminində öldürdüyünü, daha sonra isə intihar etdiyini istisna etmirlər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (apa).

İnterpress.az